Keçən il Azərbaycanda 29 yeni məktəb istifadəyə verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Keçən il Azərbaycanda 29 yeni məktəb istifadəyə verilib

15:22 - 05 / 01 / 2017
Keçən il Azərbaycanda 29 yeni məktəb istifadəyə verilib

Ötən il ölkə üzrə 29 yeni məktəb, o cümlədən Təhsil Nazirliyinin sifarişi ilə 7 məktəb istifadəyə verilib. 

Bu barədə 1news.az-a Təhsil Nazirliyindən məlumat veriblər. Məlumata görə, 101 məktəbdə əsaslı, 384 məktəbdə cari təmir işləri aparılıb. 10 təhsil müəssisəsinin tikintisi isə davam edir.

Bundan başqa Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi  ilə  oğlanlar üçün ailə tipli kiçik qrup evi tikilib və 6 internat məktəbi əsaslı təmir olunub.

1news.az

Paylaş:
606

Son xəbərlər

Bütün xəbərlər