Türkiyənin baş nazirinin müavini: İzmirdəki partlayışı təşkil edənlər irimiqyaslı hücuma hazırlaşırmış | 1news.az | Xəbərlər
Dünya

Türkiyənin baş nazirinin müavini: İzmirdəki partlayışı təşkil edənlər irimiqyaslı hücuma hazırlaşırmış

23:00 - 05 / 01 / 2017
Türkiyənin baş nazirinin müavini: İzmirdəki partlayışı təşkil edənlər irimiqyaslı hücuma hazırlaşırmış

Türkiyənin baş nazirinin müavini Veysi Kaynak bəyan edib ki, İzmir şəhərindəki hadisə yerində tapılan silah partlayışı təşkil edənlərin irimiqyaslı hücuma hazırlaşdıqlarını göstərir.

“Ələ keçirilmiş silah, mərmi və döyüş ehtiyatlarına əsaslanaraq anlaşılır ki, təşkilatçılar daha genişmiqyaslı qanlı cinayətə hazırlıq görürmüş”.

Həmçinin o qeyd edib ki, hazırki terror hadisəsi Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqda başladılmış hərbi əməliyyatlarının sonlanmasına səbəb olmayacaq.

RİA Novosti 

Paylaş:
763

Son xəbərlər

Bütün xəbərlər