Keçən il təcili yardıma müraciət edənlərdən 63 mindən çoxu xəstəxanalara yerləşdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Keçən il təcili yardıma müraciət edənlərdən 63 mindən çoxu xəstəxanalara yerləşdirilib

14:22 - 06 / 01 / 2017
Keçən il təcili yardıma müraciət edənlərdən 63 mindən çoxu xəstəxanalara yerləşdirilib

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 24 saat ərzində fasiləsiz olaraq paytaxtın bütün xəstə və zərərçəkən əhalisinə hadisə yerində və müalicə ocaqlarına çatdırılanadək tibbi yardım göstərir.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının hesabat xarakterli mətbuat konfransında məlumat verilib. Qeyd olunub ki, gündəlik olaraq 103 xidmətinə 2 minə yaxın çağırış daxil olur. Bayram və istirahət günlərində isə müraciətlərin sayı daha da artır.

Məlumata görə, ötən il Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 681 mindən artıq ümumi müraciət daxil olub. Stansiyanın baş həkiminin müavini İradə Əliyeva bildirib ki, müraciət edənlərdən 63 mindən çoxu xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün çağırışların sayı isə 83 mindən çox olub. Onlardan da xəstəxanalara yerləşdirilənlərin sayı 13 mindən artıqdır. Bu müddət ərzində reanimasiya tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2 min nəfərdən çox olub. Ağır xəstələrin evdə rentgen müayinəsinin aparılması məqsədilə stansiya rəqəmsal və plyonkalı rentgen aparatları ilə təmin olunub.

Baş həkimin müavini məlumat verib ki, miokard infarktı ilə müraciətlərin sayı 1000, hospitalizasiya 940-a yaxın, insultla müraciətlərin sayı 3300, hospitalizasiya 2950, doğuşla bağlı müraciətlərin sayı 3310, hospitalizasiya 3290, avtoqəza zamanı xəsarət alanların sayı 2420, hospitalizasiya 2125-dən artıq olub. Evdə qalan xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilib. Eyni zamanda, çağırış zamanı aşkar edilən zahı və hamilə qadınlar barədə qadın məsləhətxanaları məlumatlandırılıb.

Vurğulanıb ki, təcili tibbi yardıma ehtiyacı olan 180 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərildikdən, müxtəlif ixtisaslı bir neçə həkimin ətraflı tibbi müayinəsindən keçdikdən və təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib. Təcili yardım xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən təcili tibbi yardım göstərilməsi məqsədilə istifadə olunan dərman preparatlarının siyahısı müalicə metodik şöbə tərəfindən daim araşdırılır və yeni dərman preparatları ilə əvəz olunur.

Stansiyanın baş həkiminin müavini Murad Mirzəzadə isə diqqətə çatdırıb ki, tibbi müəssisənin maddi-texniki təchizatı yüksək səviyyədədir. Stansiya kütləvi hadisələr zamanı 6 nəfəri daşıya bilən, qarlı-buzlu yollarda sürülə bilən, laborator və reanimasion sanitar avtomobillərlə təmin edilib.

1news.az

 

Paylaş:
617

Son xəbərlər

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olubBu gün, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydıBu gün, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTOBu gün, 15:33Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2Bu gün, 15:22Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edibBu gün, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEOBu gün, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdürBu gün, 13:31Mədəniyyət Nazirliyində türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirilibBu gün, 13:29Nazirlik Qarabağ Universitetinin tələbə yataqxanasının görüntülərini yayıbBu gün, 13:27Ağdamın yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri yayılıbBu gün, 13:19Payızda Heydər Əliyev Beynəlxalq Aeroportundən 80-dən çox istiqamətə səyahət imkanıBu gün, 13:01Yay tətili zamanı Bakıda hansı küçələr təmir edilib? - AAYDA açıqladıBu gün, 12:54İsti, yağış, qar - Sabahın havası açıqlandıBu gün, 12:42Kərim Vəliyev İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşübBu gün, 12:35
Bütün xəbərlər