Oğurluğa görə tutulmuş keçmiş məhkumdan ov tüfəngi götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğurluğa görə tutulmuş keçmiş məhkumdan ov tüfəngi götürülüb

18:11 - 06 / 01 / 2017
Oğurluğa görə tutulmuş keçmiş məhkumdan ov tüfəngi götürülüb

Məhkumluq həyatı yaşamış şəxs yenidən saxlanılıb.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də Bakı şəhər sakini Lətif İsmayılova məxsus mağazadan tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Səlahətdin Əliyev tutulub. 

Ondan qundağı və lüləsi kəsilmiş “İJ-12” markalı ov tüfəngi götürülüb. Araşdırmalarla onun qeyd edilən tüfəngi ötən il dekabrın 28-də Goradil bağlar sahəsindəki evlərdən birindən oğurlaması, sonradan lüləsini və qundağını kəsməsi müəyyən edilib.

1news.az

Paylaş:
600

Son xəbərlər

Bütün xəbərlər