Bakıdakı bayram yarmarkaları çadırları sökülür | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıdakı bayram yarmarkaları çadırları sökülür

20:31 - 06 / 01 / 2017
Bakıdakı bayram yarmarkaları çadırları sökülür

Bakıda bayram yarmarkalarının keçirilməsi üçün quraşdırılan çadırların sökülməsinə başlanılıb.

1news.az xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

Onun sözlərinə görə, yanvarın 6-da çadırların sökülməsi barədə qərar verilib:

“Bu gün son gündür. Artıq çadırların sökülməsinə başlanılıb”.

Qeyd edək ki, bayram ərəfəsində paytaxtda yeni il yarmarkalarının keçirilməsi üçün 13 çadır quraşdırılsa da, həmin çadırların 7-si texniki təhlükəsizlik qaydalarına cavab vermədiyi üçün sökülmüşdü. Qalan 6 çadır isə küçələrdəki işıq dirəklərindən elektrik enerjisi götürməmək şərtilə xüsusi elektrik generatorları vasitəsilə işıqlandırılmaqla fəaliyyət göstərirdi.

1news.az

Paylaş:
664

Son xəbərlər

Şirvan kanalı bərpa edildi

05 / 08 / 2026, 16:06

Prezident 2 fərman imzaladı

05 / 08 / 2026, 13:38
Bütün xəbərlər