Sürücülərin nəzərinə | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürücülərin nəzərinə

19:55 - 07 / 01 / 2017
Sürücülərin nəzərinə

Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən hissəsində sabah səhər saatlarından başlayaraq yolun hərəkət hissəsindən çıxarılmış dəmir yolu relslərinin yerinin asfaltlanması işləri aparılacaq. İşlərin bir-neçə saat ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır.

1news.az xəbər verir ki, bu barədə "Azəravtoyol"un mətbuat katibi Anar Nəcəfli sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, asfaltlanma işləri hissə-hissə aparılacaq və avtonəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq:

“Prospektin sözügedən hissəsində hərəkətin qismən məhdudlaşdırılması tətbiq ediləcək. Ancaq buna baxmayaraq sürücülərdən xahiş olunur ki, həmin hissədə sıxlığın yaranmaması üçün hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər”.

1news.az

Paylaş:
717

Son xəbərlər

Şirvan kanalı bərpa edildi

05 / 08 / 2026, 16:06

Prezident 2 fərman imzaladı

05 / 08 / 2026, 13:38
Bütün xəbərlər