Sabah paytaxtda yağmursuz hava olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah paytaxtda yağmursuz hava olacaq

15:20 - 08 / 01 / 2017
Sabah paytaxtda yağmursuz hava olacaq

Bakıda və Abşeron yarımadasında sabah dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

1news.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata istinadən xəbər verir ki, yarımadanın bəzi yerlərdə duman, səhər çiskinli olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-11° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti yanvarın 9-da əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

1news.az

Paylaş:
613

Son xəbərlər

Bütün xəbərlər