Yerusəlimdə sürücü yük maşınını əsgərlərin üstünə sürüb: 4 ölü, 15 yaralı | 1news.az | Xəbərlər
Dünya

Yerusəlimdə sürücü yük maşınını əsgərlərin üstünə sürüb: 4 ölü, 15 yaralı

16:55 - 08 / 01 / 2017
Yerusəlimdə sürücü yük maşınını əsgərlərin üstünə sürüb: 4 ölü, 15 yaralı

Yerusəlim şəhərində naməlum şəxsin yük maşınını piyadaların üzərinə sürməsi nəticəsində ən azı 4 nəfər ölüb, 15 nəfər yaralanıb.

1news.az Report-a istinadən xəbər verir ki, yerli polis hadisəni terror aktı adlandırıb:

"Polis hadisəni törədən terrorçu haqqında məlumat toplayır", - deyə polisin mətbuat xidmətinin məlumatında bildirilir.

Həmçinin sözügedən şəxsin güllələndiyi qeyd olunur.

"Associated Press" ölən və yaralanan şəxslərin İsrail əsgərləri olduğunu yazır.

1news.az

Paylaş:
564

Son xəbərlər

Bütün xəbərlər