XİN Azərbaycanın İslam Hərbi Koalisiyasına qoşulması xəbərinə münasibət bildirib
Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik Azərbaycanın İslam Hərbi Koalisiyasına qoşulması məsələsi yoxdur.
1news.az-ın məlumatına görə, bunu Azərbaycanın İslam Hərbi Koalisiyasına qoşulması barədə KİV-də gedən xəbərlərə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib:
“Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdur. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sözügedən məsələ ilə əlaqədar vaxtilə müxtəlif fikirlər səsləndirilib. Hər hansı təklif irəli sürüldüyü halda, Azərbaycan tərəfindən müfəssəl şəkildə təhlil olunur”- deyə, XİN rəsmisi qeyd edib.
1news.az
601