Avtobusun oturacağında narkotik vasitə aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtobusun oturacağında narkotik vasitə aşkar edilib

14:36 - 09 / 01 / 2017
Avtobusun oturacağında narkotik vasitə aşkar edilib

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşının idarə etdiyi sərnişin avtobusuna kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, baxış zamanı, xidməti itin reaksiyasına əsasən, avtobusun sərnişin oturacağının üzlüyünün altından bir bükümdə, xalis çəkisi 24,878 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
566

Son xəbərlər

Bütün xəbərlər