Səhiyyə Nazirliyi qripdən ölənlərin olması barədə məlumatlara münasibət bildirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə Nazirliyi qripdən ölənlərin olması barədə məlumatlara münasibət bildirdi

15:13 - 09 / 01 / 2017
Səhiyyə Nazirliyi qripdən ölənlərin olması barədə məlumatlara münasibət bildirdi

Səhiyyə Nazirliyi Azərbaycanda H3N2 virusuna yoluxma nəticəsində əhali arasında ölüm faktlarının baş verməsi barədə yayılan məlumatlara münasibət bildirib.

1news.az-ın Trend-ə istiinadən məlumatına görə, nazirliyin baş epidemioloqu İbadulla Ağayev bildirib ki, Azərbaycanda qrip diaqnozu ilə ölüm faktı qeydə alınmayıb.

Onun sözlərinə görə, qripdən ölüm faktının təsdiqlənməsi üçün ölmüş şəxsin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələrində müayinə edilməli və onun nəticəsində ölümün səbəbi aydınlaşdırılmalıdır:

“Əgər qripdən ölüm faktı varsa, Səhiyyə Nazirliyi bununla bağlı mütləq açıqlama verərdi. Lakin belə hal olmayıb, bu barədə deyilənlər həqiqəti əks etdirmir və məqsəd əhali arasında xof yaratmaqdır. 2006-cı ildə “quş qripi”ndən ölüm faktı qeydə alındıqda, bu barədə rəsmi məlumat verildi. Bizim hər hansı yoluxucu xəstəliyin ölkə ərazisində movcud olması faktını gizlətmək marağımız yoxdur. Bu barədə məlumatları gizlətməyə ixtiyarımız da yoxdur”.

İ.Ağayev deyib ki, xəstə qripə yoluxduğunu təsdiqləmək üçün mütləq poliklinikaya müraciət etməli, orada ondan yaxma götürülməlidir:

“Yaxma müayinəsi nəticəsində qripin aşkar olunub-olunmamasını isə yalnız Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasında müəyyən etmək mümkündür. Hər bir yoxlamaların cavabı poliklinilalara, xəstəxanalara göndərilir. O cavabı kim gizlədə bilər?”

İ.Ağayev əlavə edib ki, ilin hazırkı mövsümündə kəskin resperator virus infeksiyalarının yayılması normaldır.

Lakin hazırda ölkə ərazisində epidemioloji durumun sabit olduğunu deyən baş epidemioloq qeyd edib ki, ölkədə kəskin resperator virus infeksiyalarına yoluxma faktı qeydə alınsa da, bu, epidemioloji səviyyədə deyil.

İ.Ağayev hesab edir ki, amma bu virusların yayılmasında əhalinin özünün də rolu olur. Çünki viruslardan qorunmaq üçün tibbi maskalardan istifadə edilməli olsa da, Azərbaycanda əhalinin tibbi maskalardan istifadəyə marağı yoxdur.

1news.az

Paylaş:
398

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər