Fövqəladə Hallar Nazirliyinə sualtı qayıq hədiyyə edilib - VİDEO
Azərbaycanlı iş adamı Mübariz Mənsimovun sahibi olduğu “Palmali” Şirkətlər Qrupu Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) sualtı qayıq hədiyyə edib.
1news.az xəbər verir ki, bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.
Onun sözlərinə görə, “Palmali” Şirkətlər Qrupuna məxsus “DeepFlight DF-302 Super Falcon” sualtı qayığının FHN-ə bağışlanması barədə nazirliklə şirkət arasında razılıq əldə edilib.
Qurum rəsmisi deyib ki, sualtı qayıq nazirliyə təhvil veriləndən sonra ötən ilin sonlarında Xəzər dənizində baş vermiş qəza nəticəsində itkin düşmüş nefçilərin axtarışına cəlb ediləcək.
1news.az
669