Bakıda 23 yaşlı oğlanla xalası dəm qazından boğulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 23 yaşlı oğlanla xalası dəm qazından boğulub

11:47 - 09 / 01 / 2017
Bakıda 23 yaşlı oğlanla xalası dəm qazından boğulub

Bakıda dəm qazı ailə faciəsinə səbəb olub.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonunun Bəhruz Nuriyev küçəsi 81 ünvanında yerləşən yataqxanada qeydə alınıb.

Orada yaşayanlar - 23 yaşlı Cəfər Elşad oğlu Quliyev və xalası, 50 yaşlı Sevinc Allahverdi qızı Əliyeva dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
754

Son xəbərlər

Bütün xəbərlər