Gəncədə tank əleyhinə mina tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə tank əleyhinə mina tapılıb

11:25 - 10 / 01 / 2017
Gəncədə tank əleyhinə mina tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Gəncə şəhərində apardığı əməliyyatla bağlı yeni məlumat yayıb.

1news.az xəbər verir ki, məlumata görə, Gəncə şəhərində, Kəpəz rayonunun Məhsəti Gəncəvi qəsəbəsi ərazisindən 1 ədəd TM-62P tank əleyhinə mina aşkar edilərək götürülüb, nəticə etibarilə  50 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə  Agentlik tərəfindən 1 - 9 yanvar 2017-ci il tarixlərində Füzuli rayonu, Lənkəran və Gəncə şəhərlərində 1 otlaq sahəsinə və dəniz kənarına baxış keçirilib, 10 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 2 750 kv.m ərazi yoxlanılıb.

1news.az

 

Paylaş:
409

Son xəbərlər

Bütün xəbərlər