SOCAR Səngəçalda qaz xəttində baş vermiş yanğın barədə məlumat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

SOCAR Səngəçalda qaz xəttində baş vermiş yanğın barədə məlumat yayıb

23:26 - 10 / 01 / 2017
SOCAR Səngəçalda qaz xəttində baş vermiş yanğın barədə məlumat yayıb

Yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib.

1news.az xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, yanğının söndürülməsi üçün kəmər dərhal lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb, yaşayış məntəqələri üçün hər hansı təhlükə yoxdur. Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.

1news.az

Paylaş:
701

Son xəbərlər

Bütün xəbərlər