Göygöldə 4 otaqlı evdə yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Göygöldə 4 otaqlı evdə yanğın olub

09:18 - 11 / 01 / 2017
Göygöldə 4 otaqlı evdə yanğın olub

Göygöl rayonunda evlərdən birində yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Göygöl rayonu, Toğanalı kəndində hal-hazırda yaşayış olmayan ümumi sahəsi 200 m2 olan 4 otaqlı tikilinin dam örtüyü, tavanı 80 m2 sahədə və içərisində olan istifadəyə yararsız 10 ədəd döşək qismən yanıb.

Tikilinin qalan hisəsi yanğından mühafizə olunub.

1news.az

Paylaş:
427

Son xəbərlər

Bütün xəbərlər