ADA Universiteti ingilis dili kursları təklif edir | 1news.az | Xəbərlər
Cəmiyyət

ADA Universiteti ingilis dili kursları təklif edir

12:17 - 11 / 01 / 2017
ADA Universiteti ingilis dili kursları təklif edir

Bu tədris ilinin yaz semestrindən etibarən ADA Universitetinin Akademik və Peşəkar Məqsədlər üçün İngilis Dili proqramı hamı üçün açıq olacaq.

1news.az-a Universitetdən verilən xəbərə görə, ali təhsil ocağı belə qərarı ictimaiyyətdən tez-tez aldığı sorğu və xahişlərə cavab əsasında qəbul edib.

Qeyd edək ki, ADA Universitetinin ingilis dili proqramı digər proqramlardan fərqli olaraq sırf təhsil, təlim və peşəkar məqsədlər üçün tərtib edilib və ABŞ-ın aparıcı dil məktəblərində istifadə edilən kurikulum və dərsliklər əsasında tədris olunur. Proqram nəticəsində tələbənin tək qrammatika deyil, bütün dil bacarıqları, o cümlədən dinləmə, danışıq, sürətli oxu, akademik yazı və tənqidi təfəkkür qabiliyyəti inkişaf edir. Dil kursları müxtəlif modullarla - tələbənin dil biliyi səviyyəsi və ehtiyac duyduğu qabiliyyəti az bir zamanda mənimsəməsinə uyğun tədris edilir. İntensiv kurslar 15 həftə ərzində cəmi 300 saat dərs daxil edir və bir və ya iki dil səviyyəsini əhatə edə bilər.

ADA Universitetinin Akademik və Peşəkar Məqdsədlər üçün İngilis dili proqramının direktoru Arzu Məmmdovanın sözlərinə görə, bu tipli təlim proqramı daha çox ingilis dilində ali təhsil almaq, beynəlxalq tədqiqatlar aparmaq və karyeralarında xarici dili geniş istifadə edən şəxslər üçün uyğundur. İngilis dili müasir dünyanın elm və peşəkar inkişaf dili kimi ölkədə son vaxtlar daha geniş istifadə olduğuna görə, ADA Universitetinin dil kurslarına ehtiyac xeyli artıb:

 “Proqramımızın ən üstün cəhətlərindən biri onun tətbiqi olmasıdır. Yəni tələbələr dərs zamanı öyrəndikləri dil bacarıqlarını müəllimin dəstəyi ilə, çoxsaylı tapşırıq və layihələri yerinə yetirməklə inkişaf etdirirlər. Həyatın müxtəlif sahələrində gündəlik istifadədə olan mövzularla bağlı reportajlar, müsahibələr, materialların əsas məzmununu aşkar etmək, onlarla bağlı nitq tapşırıqları həyata keçirmək, qrammatik qaydaları təhlil etmək, müəllim nəzarəti altında qrup yoldaşları ilə müzakirə aparmaq və s. kimi tapşırıqlar onların qavrama prosesini asanlaşdırır. Bununla yanaşı, ADA Universitetinin xarici müəllim heyəti tərəfindən aparılan şifahi nitq və dinləmə dərsləri tələbələrin öz bacarıqlarına inamını artırır və çalışmağa həvəsləndirir”.

ADA Universitetinin Akademik və Peşəkar Məqsədlər üçün İngilis Dili proqramı ali təhsil ocağının öz bakalavr və magistr tələbələrinə tətbiq etdiyi proqramdır. Universitetə qəbul edilən tələbələr ingilis dilini bir il ərzində başlanğıc səviyyəsindən onlara ali təhsil almaq imkanı verə biləcək səviyyəyə qədər inkişaf etdirə bilirlər.

Proqrama yaşı 15 və daha yuxarı olan tələbələr sənəd verə bilərlər. Kursları müvəffəqiyyətlə bitirənlərə ADA Universiteti sertifikatı təqdim edilir. Maraqlananı şəxslər proqrama yazılmaq üçün [email protected] ünvanına müraciət edə bilərlər.

1news.az

Paylaş:
827

Son xəbərlər

Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2Bu gün, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu AddımlarBu gün, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olubBu gün, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olubBu gün, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyirBu gün, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcəkBu gün, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edibBu gün, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunduBu gün, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaqBu gün, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olubBu gün, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydıBu gün, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTOBu gün, 15:33Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edibBu gün, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEOBu gün, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45
Bütün xəbərlər