Yeni təyin olunan təhsil nazirinin müavini kimdir?
Xəbər verirldiyi kimi, ötən gün aparat rəhbəri Mətin Eynullayev təhsil nazirinin müavini təyin olunub.
1news.az-ın məlumatına görə, buna qədər Təhsil Nazirliyində aparat rəhbəri təyin olunan Mətin Eynullayevlə bağlı aşağıdakı rəyləri sizə təqdim edirik.
Dərlikləri Qiymətləndirmə Şurasının sədri Elmina Kazımzadə:
“İşinə diqqətlə yanaşan şəxs kimi tanıyıram. Hər hansı məsələ ilə bağlı təklifləri diqqətlə dinləyir və həll olunması üçün çalışır. Ziyalı və savadlı bir kadrdır.
Təhsil sahəsi üzrə ekspert Etibar Əliyev:
“Mikayıl Cabbarov təhsil naziri təyin olunduqdan sonra vətəndaş cəmiyyətini təmsilçiləri ilə əməkdaşlıq genişləndi. Bu cür əməkdaşlıq təhsilin inkişafını öz töhfələrini verməkdir. Mən QHT rəhbəri kimi Mətin Eynullayevi birgə fəaliyyətimiz çərçivəsində tanışımam. O, Təhsil Nazirliyinə başucalığı gətirən kadrdır. Mən bu fikri onun fərdi fəaliyyətlərini nəzərə alarsaq söylədim. O, bacarıqlı, savadlı, təmannasız, yüksək mədəniyyətə malik olan bir şəxsdir. Hesab edirəm ki, ona etimad göstəriləndə bu mühüm keyfiyyətlər nəzərə alınıb. Azərbaycan təhsilinin inkişafı yolunda ona uğurlar arzulayıram”.
Millət vəkili, əməkdar elm xadimi İsa Həbibbəyli:
“Elm və təhsil komitəsində çalışdığım bir il müddətdə Təhsil Nazirliyi ilə birgə fəaliyyətin təşkili və əlaqələrin inkişafında aparat rəhbər ikimi Mətin Eynullayev çox səmərəli fəaliyyət göstərib. İş prosesində müşahidə etdim ki, Mətin Eynullayev Təhsil Nazirliyinin işinin incəliklərinə qədər mənimsəyib və onu irəli aparmaq üçün çalışır. O, bizim ölkəmizdə aparılan təhsil islahatlarının uğurla həyata keçirilməsinə sanballı töhfə verə bilər. Onun şəxsi biliyi, fədakarlığı, çalışqanlığı bunu deməyə əsas verir”.
1news.az