Ağstafa sakini ov tüfəngi ilə özünü güllələyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağstafa sakini ov tüfəngi ilə özünü güllələyib

18:02 - 12 / 01 / 2017
Ağstafa sakini ov tüfəngi ilə özünü güllələyib

Ağstafa rayonunda güllələnmə hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, yanvarın 11-də Ağstafa rayon sakini Aqil Kazımov rayonun Düz Qışlaq kəndində ov edərkən ehtiyatsızlığı nəticəsində açdığı atəşlə ayağına xəsarət yetirib və o, xəstəxanaya yerləşdirilib.

Ağstafa RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
530

Son xəbərlər

Bütün xəbərlər