Lavrov ATƏT-in sədri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcək | 1news.az | Xəbərlər
Siyasət

Lavrov ATƏT-in sədri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcək

21:06 - 12 / 01 / 2017
Lavrov ATƏT-in sədri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcək

ATƏT-in hazırkı sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov ilə Moskvada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti brifinqində məlumat verib.

Xatırladaq ki, ATƏT-in sədri yanvarın 17-18-də Moskvaya səfər edəcək.

M.Zaxarovanın sözlərinə görə, S.Kurts və S.Lavrov Avstriyanın ATƏT-də sədrliyi dövründə regional münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çağırışları nəzərə almaqla qarşılıqlı fəaliyyəti müzakirə edəcəklər.

AZƏRTAC

Paylaş:
758

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər