Külli miqdarda Rusiya rublunun ölkədən çıxarılmasının qarşısı alınıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Külli miqdarda Rusiya rublunun ölkədən çıxarılmasının qarşısı alınıb – FOTO

15:35 - 13 / 01 / 2017
Külli miqdarda Rusiya rublunun ölkədən çıxarılmasının qarşısı alınıb – FOTO

Külli miqdarda Rusiya rublunu ölkədən çıxartmaq istəyən şəxs saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat veriblər.

Məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin “Samur” gömrük postunda Azərbaycandan Rusiya istiqamətinə gedən Azərbaycan vətəndaşının idarə etdiyi “Hyundai Sonata”  markalı minik avtomobilinə gömrük baxışı həyata keçirilib, eləcə də  vətəndaşın  üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı avtomobildən və vətəndaşın üzərindən gömrük orqanlarına bəyan edilməmiş, ümumilikdə 2 milyon 820 min 500 Rusiya rublu aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

 

Paylaş:
600

Son xəbərlər

Bütün xəbərlər