Səfir Erkan Özoral: Azərbaycan regionumuzda sabitliyin və əməkdaşlığın möhkəm qalasına çevrilib | 1news.az | Xəbərlər
Siyasət

Səfir Erkan Özoral: Azərbaycan regionumuzda sabitliyin və əməkdaşlığın möhkəm qalasına çevrilib

19:06 - 13 / 01 / 2017
Səfir Erkan Özoral: Azərbaycan regionumuzda sabitliyin və əməkdaşlığın möhkəm qalasına çevrilib

Türkiyə və Azərbaycanın 71 illik həsrəti 25 il əvvəl rəsmi olaraq sona çatıb. Mərhum şair Bəxtiyar Vahabzadənin vurğuladığı kimi "bir ananın iki oğlu, bir ağacın iki qolu" olan Türkiyə və Azərbaycan arasında “Diplomatik əlaqələrin yenidən qurulmasına dair Protokol” 1992-ci il yanvarın 14-də tarixdə imzalanıb, eyni gündə Türkiyə Respublikasının Bakıdakı baş konsulluğu səfirliyə çevrilib və bu, Azərbaycanda açılan ilk səfirlik olub.

1news.az-ın məlumatına görə, bu fikirlər Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələrin yenidən qurulması və Türkiyənin Azərbaycandakı səfirliyinin yenidən açılmasının 25-ci ildönümü ilə bağlı Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın açıqlamasında yer alıb.

“Türkiyədəki qardaşları üçün Azərbaycan hər zaman xüsusi mövqedə olmuş, aramızda hörülən divarlar bu həqiqəti heç vaxt dəyişdirə bilməmişdir. Soyuq müharibə dövründə Türk xalqı həsrətini Azərbaycan mahnılarını dinləyərək yox etməyə çalışmışdır. 1990-ci ildə Bakıda baş verən 20 Yanvar faciəsi və daha sonra Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun işğal edildiyi zaman azərbaycanlı qardaşlarımızın məruz qaldığı qırğınlar, Türkiyədə hər bir vətəndaşımızın hiddətinə səbəb olmuşdur”, - deyə səfir vurğulayıb.

Qeyd edib ki, Azərbaycan bu gün nail olduğu mövqe, hərtərəfli inkişaf hədəfi və artan rifah səviyyəsi ilə qibtə edilən bir ölkəyə çevrilib, 71 illik məşəqqətli dövrdən sonra beynəlxalq səviyyədə haqqı olduğu mövqeyə çatıb. Azərbaycan ötən 25 ildə ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və Prezident İlham Əliyevin liderliyi və iradəsi ilə regionumuzda sabitliyin və əməkdaşlığın möhkəm qalasına çevrilib. Azərbaycan beynəlxalq siyasi, iqtisadi və humanitar sınaqlar qarşısında eyni dəyərlər əsasında həmrəylik şəraitində hərəkət etdiyimiz, əvəzsiz müttəfiqimiz və ən yaxın strateji tərəfdaşımızdır. 2011-ci ildən bu günə qədər dövlət başçılarının rəhbərliyi ilə həyata keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları əlaqələrin hər sahədə daha da dərinləşməsinə öz töhfəsini verib. Azərbaycan ilə Türkiyə arasında yüksək səviyyədə həyata keçirilən səfərlər və bütün sahələrdəki texniki əlaqələr intensivliyini qorumaqdadır.

İki qardaş ölkə iqtisadi və digər bütün imkanlarını bəşəri dərinliyi ilə birləşdirib, regional, qlobal rifah və əmin-amanlığa xidmət etməkdədir. Bunun ən gözəl nümunəsi birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və tamamlanmaq üzrə olan Bakı-Tbilisi-Qars dəmiryolu və Avropanın enerji təhlükəsizliyinə də töhfəsini verəcək TANAP kimi ortaq layihələrdir. Eyni zamanda, Azərbaycanla birlikdə reallaşdırdığımız Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli dialoqlar bölgəmizin firavanlığına və sabitliyinə öz töhfəsini verməkdədir.

Səfir deyib: “Ötən 25 il ərzində birlikdə nail olduqlarımız gələcəyə ümidlə nəzər salmağımızı təmin etməkdə, birlikdə çalışaraq millətimiz üçün firavan gələcək qurmaq əzmimizi gücləndirməkdədir. Tarixdən bizə miras qalan Türkiyə və Azərbaycan arasındakı müstəsna əhəmiyyətli əlaqələri daha da inkişaf etdirmək və eyni taleyi bölüşərək əl-ələ verib gələcəyə doğru irəliləmək bizlərin əcdadımız qarşısındakı borcumuz, uşaqlarımız qarşısında isə vəzifəmizdir”.

1news.az

 

Paylaş:
727

Son xəbərlər

Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33
Bütün xəbərlər