92 nömrəli marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

92 nömrəli marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib

19:41 - 13 / 01 / 2017
92 nömrəli marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib

Müntəzəm sərnişindaşıma ilə məşğul olan 92 nömrəli marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib.

1news.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.

O bildirib ki, Xocasən-Binəqədi-Biləcəri yolunun bir hissəsinin asfalt örtüyünün yenidən salınması ilə əlaqədar 92 nömrəli marşrut xətti son dayanacaq kimi “Dördyol” adlandırılan ərazidən dönərək əks istiqamətdə hərəkətini davam etdirəcək.

1news.az

 

Paylaş:
668

Son xəbərlər

Bütün xəbərlər