AŞPA-nın həmməruzəçiləri ilə Baş Prokurorluqda görüş keçirilib | 1news.az | Xəbərlər
Siyasət

AŞPA-nın həmməruzəçiləri ilə Baş Prokurorluqda görüş keçirilib

20:24 - 13 / 01 / 2017
AŞPA-nın həmməruzəçiləri ilə Baş Prokurorluqda görüş keçirilib

Yanvarın 13-də Azərbaycan Respublikası Baş prokurorunun müavini Namiq Əsgərov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Ştefan Şennak və Sezar Florin Predanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az-ın məlumatına görə, AŞPA ilə müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə sıx əməkdaşlıq etdiyini bildirən Baş prokurorun müavini Azərbaycanın Avropa Şurasına üzv qəbul olunduqdan sonra ölkəmizdə həyata keçirilən hüquqi islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülən genişmiqyaslı işlər barədə ətraflı məlumat verib.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi ilə bağlı imzaladığı mütərəqqi qanunvericilik aktları, həyata keçirilən islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün yaradılmış normativ-hüquqi baza, prokurorluq orqanlarının strukturunun daha da təkmilləşdirilməsi istiqamətində aparılan köklü islahatlar, o cümlədən şəffaf prosedurlar əsasında test yolu ilə qulluğa qəbul edilmiş gənc hüquqşünasların prokurorluğun kadr korpusunun yarıdan çoxunu təşkil etməsi müsbət hal kimi dəyərləndirilib.

AŞPA ilə Azərbaycan arasında əməkdaşlıqdan və bu əlaqələrin daha da inkişaf etdirilməsindən məmnunluğunu ifadə edən qonaqlar ölkəmizdə insan hüquqlarının qorunması istiqamətində atılan addımları, məhkəmə-hüquq sistemində həyata keçirilən islahatları, xüsusilə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işləri yüksək qiymətləndiriblər.

Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub, tərəfləri maraqlandıran suallar və digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, tədbirdə Avropa Şurasının Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviç də iştirak edib.

1news.az

 

Paylaş:
569

Son xəbərlər

FHN: Ötən sutka 14 yanğına çıxış olubBu gün, 11:37Küçələrdə dilənçilik edən 342 uşaq aşkarlanıbBu gün, 11:25Belarus Prezidenti Füzuli rayonuna səfər edibBu gün, 11:23Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşübBu gün, 11:15Azərbaycan Bəstəkarlar İttifaqının və MHUİB-nin üzvü, bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu - FOTOBu gün, 11:04Axtarışda olan şəxs hava limanında saxlanılıbBu gün, 10:52Bakıda qadın əri və oğlu tərəfindən döyülübBu gün, 10:48Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:36Keçən il sosial şəbəkələr vasitəsilə insan alverinin qurbanına çevrilən insanların sayı açıqlanıbBu gün, 10:28Ötən il 47 nəfər əmək müqaviləsi olmadan tikintidə işə cəlb edilibBu gün, 10:23Azərbaycanda ötən il 293 erkən evliliyin qarşısı alınıbBu gün, 10:14Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHIBu gün, 10:03“Made in Thunder”. Maserati sərgisi Trident-in yeni elektrik dövrünü açır və dünyaya GranCabrio Folgore-u təqdim edir – FOTOBu gün, 09:58AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayınBu gün, 09:44AMB 17 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 09:35Azərbaycan neftinin qiyməti 84 dolları ötübBu gün, 09:27Televiziya rejissoru vəfat edibBu gün, 09:20Bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 09:16Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51
Bütün xəbərlər