Millimiz Slovakiyaya məğlub olaraq qrupda qaldı | 1news.az | Xəbərlər
Futbol

Millimiz Slovakiyaya məğlub olaraq qrupda qaldı

20:49 - 13 / 01 / 2017
Millimiz Slovakiyaya məğlub olaraq qrupda qaldı

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə C qrupunda III tura yekun vurulub.

1news.az-ın məlumatına görə, 19 yaşadək futbolçulardan ibarət millimiz Slovakiya ilə üz-üzə gəlib. Həlledici görüşdə Təbriz Həsənovun komandası 0:1 hesabı ilə məğlub olaraq qrupda qalıb.

Qrupun digər görüşündə Qazaxıstan Litvaya 2:0 hesabı ilə qalib gələrək qrup lideri olub.

Sonuncu olan millimiz 9-16-cı yerlər uğrunda mübarizə aparacaq.

Valentin Qranatkinin xatirə turniri

Qrup mərhələsi

13 yanvar

C qrupu

Azərbaycan - Slovakiya - 0:1

Qol: Martin Vitsian, 86

Qırmızı vərəqələr: Ricat Qarayev, 64; Yusif Həsənov, 90

1news.az

Paylaş:
664

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər