Məmmədyarovdan Çavuşoğluna təbrik məktubu | 1news.az | Xəbərlər
Siyasət

Məmmədyarovdan Çavuşoğluna təbrik məktubu

15:11 - 14 / 01 / 2017
Məmmədyarovdan Çavuşoğluna təbrik məktubu

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə həmkarı Mövlud Çavuşoğluna təbrik məktubu ünvanlayıb.

1news.az XİN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir məktubda ulu öndər Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri kədərimizdir” kəlamlarının dövlətlərimizin və xalqlarımızın əlaqələrinin ruhunu və sarsılmaz özülünü təşkil etdiyi qeyd olunaraq, ötən 25 illik dövr ərzində dövlətlərimiz və xalqlarımızın çiyin-çiyinə mürəkkəb və tarixi hadisələrlə zəngin uğurlu yol qət etdiyi vurğulanıb.

Elmar Məmmədyarov bu gün də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla inkişaf etdirilən dövlətlərimiz arasındakı yüksək səviyyəli strateji müttəfiqlik əlaqələri, xalqlarımızın tarixi qardaşlıq münasibətləri, beynəlxalq və regional təşkilatlarda qarşılıqlı dəstək, transmilli layihələrin həyata keçirilməsi istiqamətində birgə səylərimizin xalqlarımızın rifahına, regionda sülhün, sabitliyin və tərəqqinin təmin olunmasına xidmət etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələr 14 yanvar 1992-ci ildə qurulub.

1news.az

Paylaş:
599

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər