Azərbaycan diaspor təşkilatı erməni əsilli deputatla bağlı etiraz bayanatı yayıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan diaspor təşkilatı erməni əsilli deputatla bağlı etiraz bayanatı yayıb

16:09 - 16 / 01 / 2017
Azərbaycan diaspor təşkilatı erməni əsilli deputatla bağlı etiraz bayanatı yayıb

İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyi (İS-TAD) Türkiyə Böyük Millət Məclisində Türkiyə Konstitusiyası ilə bağlı müzakirələr zamanı  qondarma “erməni soyqırımı” iddialarını müdafiə edən erməni əsilli deputat  Qaro Paylanla bağlı bəyanat yayıb.

1news.az-ın məlumatına görə, bəyanatda deyilir ki, Qaro Paylan təxribatçıdır, onun səsləndiridiyi fikirlər həqiqəti əks etdirmir, türklər tarixin heç bir mərhələsində soyqırımı törətməyib, əksinə yaşadıqları ərazilərdə tolerantlıq və sülhün, birgəyaşayış prinsiplərinin təminatçısı olublar. Ermənilərin xarici havadarlarının dəstəyi ilə türklərə qarşı dəfələrlə soyqırımı törətdiyini xatırladan İS-TAD rəhbəri Səfər Qaraqoyunlu bu gün türklərə münasibətdə eyni siyasətin davam etdirildiyini, dinc insanların, türk diplomatların öldürüldüyünü vurğulayıb.

Bəyanatda türklərin qədim və əzəli torpağı olan və hazırda ermənilər tərəfindən işğal edilən Dağlıq Qarabağda  bir nəfər azərbaycanlının, türkün yaşamadığını xatırladılır, bu ərazilərdə türklərə məxsus yüzlərlə tarixi abidənin, məscidlərin və digər əhəmiyyətli tikililərin yox edildiyini, Azərbaycan adlarının tarixdən silindiyi qeyd olunur.

Tarix boyunca soyqırımı ermənilərin türklərə qarşı həyata keçirdiyini Qaro Paylanın diqqətinə çatdıran bəyanat müəllifləri soyqırımın əsl izini görmək üçün Türkiyə və Azərbaycandakı kütləvi  məzarlarlıqlara, bir gecədə 613 sakini ilə məhv edilən Xocalı şəhərinə baxmağı tövsiyə edir.

“Türklərin ermənilərə qarşı soyqırımı törətsəydi, bu gün qaro paylanlar Türkiyə Böyük Millət Məclisində otura, minlərlə erməni isə Türkiyədə azad və xoşbəxt yaşaya bilməzdi. Bu gün Türk xalqının vergisi hesabına Türkiyə dövlətindən maaş alan Qaro Paylan və onun həmfikirlərinin türkləri soyrıqımı törətmək iddiları ilə suçlaması yolverilməzdir”- deyə, İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin bəyanatında qeyd olunub.

1news.az

Paylaş:
605

Son xəbərlər

Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02
Bütün xəbərlər