Silahlar və Bayraqlar Fondunun İncilərindən – XVIII əsrə aid tüfəng – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Silahlar və Bayraqlar Fondunun İncilərindən – XVIII əsrə aid tüfəng – FOTO

19:25 - 16 / 01 / 2017
Silahlar və Bayraqlar Fondunun İncilərindən –  XVIII əsrə aid tüfəng – FOTO

Milli Azərbaycan Tarixi Muzeyi öz zəngin fondlarında mühafizə olunan maddi mədəniyyət nümunələrinin bərpa edilərək gələcək nəsillərə düzgün çatdırılmasına xüsusi diqqət ayırır.

1news.az-a Milli Azərbaycan Tarixi Muzeyindən verilən xəbərə görə, xüsusi maraq kəsb edən eksponatlardan biri də 1935-ci ildə Muzeyə hədiyyə olunan XVIII əsrə aid çaxmaqdaşlı tüfəngdir. Dəməşq poladından hazırlanan tüfəngin üzərində cızma üsulu ilə işlənmiş qızılı nəbati naxışlar da var.

Muzeyin Bərpa laboratoriyası fondlarda mühafizə olunan eksponatların konservasiyası və bərpası işini daim diqqət mərkəzində saxladığından bərpaçı-rəssam T.Nəbiyev qeyd olunan eksponatın bərpasına yüksək peşəkarlıqla yanaşmışdır. Bərpaçı-rəssam tərəfindən kimyəvi üsullarla bərpa olunan eksponat mühafizə edilməsi üçün Silahlar və bayraqlar fonduna təhvil verilib.

1news.az

Paylaş:
1784

Son xəbərlər

Bütün xəbərlər