Bakıda partlayış: xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda partlayış: xəsarət alan var

14:36 - 17 / 01 / 2017
Bakıda partlayış: xəsarət alan var

Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Seyidməhərrəm Seyidova məxsus evdə təbii qazın sızmasından partlayış baş verib.

1news.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, yanvarın 16-da saat 20 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Seyidməhərrəm Seyidova məxsus evdə təbii qazın sızmasından partlayış baş verib.

Hadisə nəticəsində pəncərə şüşələri sınıb, oradakı əşyalar yanıb.

Yanıq xəsarəti alan S.Seyidov xəstəxanaya yerləşdirilib.

1news.az

Paylaş:
504

Son xəbərlər

Şirvan kanalı bərpa edildi

05 / 08 / 2026, 16:06

Prezident 2 fərman imzaladı

05 / 08 / 2026, 13:38
Bütün xəbərlər