Rasim Musabəyov: Bordyuja da Kazimirov kimi erməni lobbiçilərinin müftəxoruna çevrilib | 1news.az | Xəbərlər
Müsahibə

Rasim Musabəyov: Bordyuja da Kazimirov kimi erməni lobbiçilərinin müftəxoruna çevrilib

17:53 - 17 / 01 / 2017
Rasim Musabəyov: Bordyuja da Kazimirov kimi erməni lobbiçilərinin müftəxoruna çevrilib

1news.az-ın Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovla müsahibəsi:

- Yanvarın 16-da KTMT-nın rəsmi saytında qeyd edilib ki, Nikolay Bordyujanın istefasını 2016-cı ilin dekabrın 29-da baş vermiş insidentlə bağlı şərhi ilə əlaqələndirmək yolverilməzdir. Belə ki, onun baş katib kimi səlahiyyətləri 2016-cı ilin dekabrın 31-də başa çatıb. Belə çıxır ki, KTMT Boryujanın “DQR” analyışı ilə bağlı mövqeyini dəstəkləyir?

- 2016-cı ildə Bordyujanın öz vəzifəsindən azad edilməsilə bağlı qərar şərtidir. Belə ki, onun səlahiyyələri uzadılıb. Əgər o, sussaydı belə, yenə də vəzifədən gedəcəkdi. Nəsə deyibsə,  deməyibsə də, istənilən halda o, vəzifəsini tərk etdi. Bu, faktiki olaraq heç bir səlahiyyətləri olmayan insanın bəyanatı idi. Bu, KTMT-nin deyil, şəxsi bəyanat idi.

- Onun ermənilərə olan sevgisini nəzərə alaraq qeyd etmək olarmı ki, Bordyja Vladimir Kazimirova qoşularaq ermənilərin növbəti müfadiəçisinə çevriləcək?

- Bəli, o, hara istəsə gedə bilər. Ümumiyyətlə, artıq o, heç kimdir. Onlar erməni lobbiçilərinin müftəxorlarına çevriliblər. Rusiya siyastində nə Kazimirovun, nə də Bordyujanın heç bir aiddiyatı yoxdur.

- Bəs nə üçün onun bəyanatı redaktə olunmadı və KTMT-nin rəsmi saytında olduğu kimi qaldı?

- Bunu necə redaktə etmək olar? Axı bu sözləri o, hələ KTMT-nin baş katibi olarkən söyləyib. Belorus və Qazaxıstanın vasitəçiliyi ilə bu bəyanatın götürülməsinə təkid etmək olar. Yenə də təkarar edirəm ki, bu, KTMT-nin deyil,  Bordyujanın şəxsi bəyanadır. Bordyujanın səlahiyyətləri yarım il əvvəl bitib. Daha sonra isə onun səlahiyyələri 6 ay uzadılıb. Bordyujanın erməniləri əvəzləməsilə bağlı konsensusa nail olmadıqda, onun səlahiyyələrini ilin sonunadək uzatdılar.

- Hesab edirsiniz ki, KTMT Azərbaycana qarşı köklənib?

- Qazaxıstan və Belorusiyanın hesabına Azərbaycanın KTMT-dəki mövqeyi Ermənistandan möhkəmdir. Həmçinin ermənilərin öz protejesini təşkilatın baş katibi edə bilməməsi də buna sübutdur.

Bordyujanın KTMT-nin adından siyasi bəyanatlar etmək səlahiyyəti yoxdur. O, texniki məsələlərlə məşğul idi, materiallar hazırlayırdı, hansısa məlumatı çatdırırdı və s. Əgər o, nəsə söyləyibsə, yalnız öz adından bildirib.

- Bu cür hadisə təkraralanarsa, Azərbaycan necə addım atmalıdır?

- Əgər bu cür bəyanat təkrarlanarsa Azərbaycanın KTMT-nin üzvü  –  dost ölkələr hesabına bu cür yolverilməz bəyanatların qarşısını almaq imkanına malikdir.

Serj Sarkisyan iclaslarda ağlayırdı ki, Ermənistan KTMT-dən heç bir yardım almır. Aydındır ki, o, bu cür dəstəyi nəzərə almır.

Elə həmin Bordyuja dəfələrlə bəyan edib ki, KTMT-nin məsuliyyəti Ermənistan-Azərbaycan sərhədində bitir və Dağlıq Qarabağ təşkilatın fəaliyyəti sahəsinə aid deyil.

- Sirr deyil ki, Ermənistan hər zaman Ermənistan-Azərbaycan sərhədində təxribatlar törədir. Bu yolla o KTMT-ni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edə bilərmi?

- KTMT-yə üzv ölkələrdən heç biri bu məsələdə Ermənistana dəstək olmaq üçün barmağını belə tərpətməz. Faktiki olaraq KTMT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən kənardadır.

Ermənistan ərazisində Rusiyanın silahlı qüvvələri yerləşdirilib. Ermənistanın fəaliyyəti KTMT-ni öz tərəfinə çəkmək deyil. Ermənilər çox yaxşı bilir ki, bu, mümkün deyil. Bu, Ermənistan-Rusiya ittifaq mexanizmini təmin etmək üçün nəzərdə tutulub.

1news.az

Paylaş:
1310

Son xəbərlər

Ceyhun Bayramovla NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi arasında görüş keçirilibBu gün, 17:56Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının konfransı işə başlayıbBu gün, 17:47İlham Əliyevin Dubayda BƏƏ Prezidenti ilə görüşü keçirilibBu gün, 17:45“Müəllimə qızıl vermək ayıbdır”Bu gün, 17:39“8-ci km Ticarət Mərkəzi” ləğv edilirBu gün, 17:37Qarabağda yerli universitetlərin filiallarının açılması ilə bağlı müəyyən planlar varBu gün, 17:23Gələn il sertifikasiya imtahanı verəcək müəllimlərin sayı açıqlandıBu gün, 17:08Emin Əmrullayev: “Qızılcanın yayılması ilə bağlı prosesi izləyirik”Bu gün, 17:05Ceyhun Bayramov Bosniya və Herseqovinanın xarici işlər naziri ilə görüşübBu gün, 16:59Dekabrda hava necə olacaq? - Aylıq proqnoz açıqlandıBu gün, 16:53“Müəllimlər günahkar olmasa da bullinqə məruz qalırlar”Bu gün, 16:50Nazir: “Məktəblərdə baş verən hadisələr direktorlar tərəfindən təhlil olunmalıdır”Bu gün, 16:44Xankəndidə olacaq Qarabağ Universitetinə qəbul bu tarixdən başlanacaq – Nazir açıqladıBu gün, 16:34Fuad Muradov beynəlxalq konfransın iştirakçıları ilə görüşübBu gün, 16:16Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşübBu gün, 16:07TƏBİB-dən qızılca ilə bağlı əhaliyə ÇAĞIRIŞBu gün, 15:54Parlamentin komitə sədrlərinə yeni avtomobillər verilib - FOTOBu gün, 15:50Kənd təsərrüfatına görə verilən kreditlərə dövlət zəmanəti veriləcək - FƏRMANBu gün, 15:45Bakıda tələbləri pozan 5 dönərxanın fəaliyyəti məhdudlaşdırılıb - SİYAHIBu gün, 15:22Azərbaycan-Rusiya sərhədində qarşılıqlı fəaliyyət haqqında saziş təsdiq edilibBu gün, 15:16
Bütün xəbərlər

Next TV