Londonda Azərbaycan muğamına həsr olunan tədbir təşkil edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Londonda Azərbaycan muğamına həsr olunan tədbir təşkil edilib - FOTO

20:05 - 17 / 01 / 2017
Londonda Azərbaycan muğamına həsr olunan tədbir təşkil edilib - FOTO

London Universitetinin bölməsi olan Şərq və Afrika Araşdırmaları Fakültəsində (SOAS) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nümayəndəsi, tanınmış musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırova “Azərbaycanda muğam: Yeni tendensiyalar və klassik ənənələr” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirə SOAS Musiqi Departamenti, “Vostok” Cəmiyyəti və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə əməkdaşlığı ilə baş tutub.

1news.az Azərtac-a istinadən xəbər verir ki, tədbirə SOAS-ın mühazirəçisi və vaxtaşırı BBC Radio 3-də musiqi icmalçısı kimi çıxış edən Lüsi Düran, dünyanın aparıcı dövri musiqi nəşri olan “Songlines” jurnalının baş redaktoru və “Evening Standard” qəzetinin köşə yazarı Saymon Brouton da daxil olmaqla 70-dən çox iştirakçı qatılıb.

S.Bağırova muğamın klassik ənənələri barədə danışaraq bildirib ki, muğam Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda inkişaf etmiş improvizasiya xarakterli, emosional məna daşıyan, qədim, milli Azərbaycan musiqisidir. O vurğulayıb ki, Azərbaycan muğam sənəti UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahısına daxil edilib.

Sənubər Bağırova həm Azərbaycan, həm də xarici innovatorların ifalarını təhlil edərək deyib ki, bu ifaçılar muğam ənənəsinə yeni yanaşma tətbiq edir, klassik musiqi ilə caz musiqisini muğamla birləşdirərək çox gözəl effekt yaradırlar. Musiqişünasın sözlərinə görə, muğam mövzuları, yəni, sərbəst ölçüsü olan melodiyalar adi qaydada muğam ifaçıları tərəfindən ənənəvi musiqi kimi bəstələnmir. Buna baxmayaraq, ifaçı onun mətninə öz detallarını əlavə edə bilməz.

Mühazirə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət Xadimi, Böyük Britaniyada yaşayan tar ifaçısı Rafiq Rüstəmovun ifası ilə müşayiət olunub. Rafiq Rüstəmov Ağdam şəhərində anadan olub. Onun musiqi karyerası 1969-cu ildə musiqi festivalında qalib olandan sonra başlayıb. O, həmçinin Xan Şuşinski adına Musiqi Məktəbinin müdiri və “Qarabağ Bülbülləri” ansamblının direktoru olub. Onun “Bayatı-Şiraz” muğamından bir parça və “Rast” muğamının variantlarını virtuoz şəkildə ifa etməsi ustadın yüksək musiqi bacarığından xəbər verirdi.

SOAS-dakı mühazirə sual-cavab sessiyası ilə yekunlaşıb.

1news.az

 

Paylaş:
704

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər