Davosda Ümumdünya İqtisadi Forumu başlayır | 1news.az | Xəbərlər
Siyasət

Davosda Ümumdünya İqtisadi Forumu başlayır

10:54 - 17 / 01 / 2017
Davosda Ümumdünya İqtisadi Forumu başlayır

Bu gün İsveçrənin Davos qəsəbəsində ənənəvi Ümumdünya İqtisadi Forumu başlayır.

1news.az-ın məlumatına görə, “Məsuliyyət və məsuliyyətli rəhbərlik” şüarı altında keçiriləcək forum yanvarın 21-nə kimi davam edəcək.

Dünya liderlərinin, iri şirkət rəhbərlərinin, ekspertlərin qatıldığı sayca 49-cu forumun proqramına ən aktual qlobal hadisələrə, o cümlədən rəqəmsal iqtisadiyyat, energetikanın gələcəyi, terrorla mübarizə, postmultikultural dövr və s. məsələlərə həsr olunan müzakirələr daxildir.

Qeyd edək ki, Prezidenti İlham Əliyev forumunda iştirak etmək üçün yanvarın 16-da İsveçrə Konfederasiyasına işgüzar səfərə gedib. 

1news.az

Paylaş:
474

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər