Moskva prospektində hərəkət məhdudlaşdırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Moskva prospektində hərəkət məhdudlaşdırılır

11:30 - 17 / 01 / 2017
Moskva prospektində hərəkət məhdudlaşdırılır

Aparılacaq təmir işləri və yüksək gərginlikli elektrik xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq 18 və 19 yanvar tarixlərində gecə saat 01:00-dan 03:00-a qədər Moskva prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

1news.az “Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, məhdudlaşdırma həm əsas yolda (tunel), həm də köməkçi yolarda (Şamaxinka) tətbiq ediləcək.

Qurumdan bildirilib ki, aparılacaq qısa müddətlik təmir işləri zamanı sürücülər alternativ olaraq Bakı Dairəvi-1 avtomobil yolundan və ya Biləcəri qəsəbəsinin əsas yolundan istifadə edərək şəhərə daxil ola bilərlər.

Yarana biləcək narahatlığa görə, “Azəravtoyol” ASC vətəndaşlardan üzr istəyir.

1news.az

Paylaş:
506

Son xəbərlər

Bütün xəbərlər