Xaled Qobeyşi: “İslam Həmrəyliyi İli” Azərbaycan Prezidentinin dünyanın bütün ölkələri tərəfindən yüksək qiymətləndirilən unikal təşəbbüsüdür | 1news.az | Xəbərlər
Siyasət

Xaled Qobeyşi: “İslam Həmrəyliyi İli” Azərbaycan Prezidentinin dünyanın bütün ölkələri tərəfindən yüksək qiymətləndirilən unikal təşəbbüsüdür

17:15 - 18 / 01 / 2017
Xaled Qobeyşi: “İslam Həmrəyliyi İli” Azərbaycan Prezidentinin dünyanın bütün ölkələri tərəfindən yüksək qiymətləndirilən unikal təşəbbüsüdür

Misirli məşhur siyasi icmalçı, MENA Dövlət İnformasiya Agentliyinin beynəlxalq əlaqələr və kommunikasiyalar üzrə direktoru Xaled Qobeyşi AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib:

“Azərbaycanın Prezidenti və lideri İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi barədə təşəbbüsü dərin ehtirama və təşəkkürə layiqdir. Bu təşəbbüs dünyada baş verən hadisələri və mövcud meylləri dəqiq anlayan və incə tərzdə hiss edən liderin dəyişməz mövqeyini əks etdirir”.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin yeni və müəyyən mənada unikal təşəbbüsü müxtəlif aktual məsələlər barəsində vahid mövqelərdən çıxış etməyin zəruriliyi haqda islam dünyasına çağırış və siyasi müraciətdir. Xaled Qobeyşi deyib: “Şübhəsiz, bu cür həmrəylik ideyası islam dünyasında baş verən hadisələr və müsəlman ölkələrinin üzləşdiyi müasir təhdidlər baxımından həyati zərurət idi. Xüsusi vurğulamaq istəyirəm ki, İslam həmrəyliyi barədə Azərbaycanın təşəbbüsü təsadüfi deyil, tamamilə qanunauyğun təşəbbüsdür, çünki Azərbaycan qədim dövrlərdən bu günə qədər bütün dünyada islami dəyərləri dəstəkləyən və müdafiə edən, tolerantlıq, multikulturalizm, dinlərarası və sivilizasiyalararası dialoq ənənələrinə malik ölkədir. Dünyanın bütün ölkələri Azərbaycan Prezidentinin bu unikal təşəbbüsünü yüksək qiymətləndirir və biz ümid edirik ki, bu il bütün müsəlman ümməti üçün firavan keçəcək”.

Misirli siyasi icmalçı onu da qeyd edib ki, Azərbaycanda müxtəlif millətlərin, konfessiya və mədəniyyətlərin nümayəndələri sülh və həmrəylik şəraitində yaşayırlar. O deyib: “Qədimliyi və müasirliyi özündə təcəssüm etdirən bu ölkə Şərq ilə Qərb arasında körpü rolu oynayır. Odlar Yurdu tarix boyu islam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzi olub. Azərbaycan özünün tolerant mövqeyi, müasir sivilizasiyanın və dini dialoqun dəstəklənməsi kimi müdrik siyasəti sayəsində islam dünyası üçün modeldir. Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycanda tarix boyu dini və ya milli zəmində münaqişələr olmayıb”.

X.Qobeyşi vurğulayıb: “Bununla yanaşı qeyd etmək lazımdır ki, bu təşəbbüs öz-özünə yaranmayıb. Birliyə çağıran, son dərəcə əhəmiyyətli olan bu müraciət bütün islam dünyasına ünvanlanıb. Nümunə kimi belə bir faktı göstərmək olar ki, dünyada ilk dəfə məhz Azərbaycanda, ölkənin ən böyük məscidi olan Heydər məscidində müsəlmanlar (şiələr və sünnilər) birlik namazı qırıblar. Bu, qardaşlıq modelini nümayiş etdirən çox parlaq nümunədir. 2016-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi 2016-cı ildə Prezident İlham Əliyev tərəfindən elan edilmiş “Multikulturalizm İli”nin məntiqi davamıdır. Keçən il Azərbaycan multikulturalizm ənənələri və İslam dininin dəyərləri barədə dünyanı obyektiv şəkildə məlumatlandıra bildi. Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan beynəlxalq birliyi həqiqi islami dəyərlərlə tanış etmək üçün həmişə çox böyük səy göstərir”.

Xaled Qobeyşi deyib ki, “İslam Həmrəyliyi İli” islam dünyası daxilində harmoniya və əməkdaşlığın möhkəmlənməsinə, habelə müsəlman ölkələri ilə digər dövlətlər arasında qarşılıqlı anlaşmaya şərait yaradacaq, bu isə siyasi, ideoloji, əxlaqi-etik baxımdan son dərəcə vacibdir. O vurğulayıb: “ İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi faktı müasir təhdidlərə cavab verən vacib və uzaqgörən addımdır. İndi, dini və etnik ayrı-seçkiliyin, dözümsüzlük və qeyri-tolerantlığın geniş yayıldığı bir vaxtda İlham Əliyevin bu çağırışı etnik və dini zəmində müxtəlif problemlərin və münaqişələrin həllinə şərait yaradan, olduqca vaxtında irəli sürülmüş çağırışdır. Bu müraciət sülhün, sabitliyin, xalqlar arasında qarşılıqlı məhəbbət, həmrəylik və anlaşmanın dəstəklənməsinə yönəlib. Bu baxımdan, “Bir günəş altında” adlı Azərbaycanda sənədli filmini xatırlayıram. Həmin filmin qəhrəmanları - Azərbaycanda sülh və həmrəylik şəraitində yaşayan müxtəlif etnik qrupların nümayəndələri öz mədəniyyətləri, ənənələri barədə ana dilində danışır və onların yeganə məqsədi müasir Azərbaycanın inkişafı və tərəqqisidir”.

Misirli siyasi icmalçı Xaled Qobeyşi sonda deyib: “Biz regional və beynəlxalq səviyyədə yüksək nəticələr qazanmış Azərbaycana yeni müvəffəqiyyətlər və uğurlar arzulayırıq. Əminik ki, Azərbaycanın sülhsevər təşəbbüsü müsəlman ölkələrinin yaxınlaşmasına və birləşməsinə, islam dünyası ilə digər konfessiyalar arasında həmrəyliyə sanballı töhfə verəcək”.

AZƏRTAC

Paylaş:
665

Son xəbərlər

Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02
Bütün xəbərlər