İlham Əliyev: Azərbaycan Rusiya ilə yeni silahların alınmasına dair danışıqlar aparır | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: Azərbaycan Rusiya ilə yeni silahların alınmasına dair danışıqlar aparır

15:06 - 19 / 01 / 2017
İlham Əliyev: Azərbaycan Rusiya ilə yeni silahların alınmasına dair danışıqlar aparır

“Bakı yeni silahların alınması ilə bağlı Moskva ilə danışıqlar aparır”.

1news.az-ın verdiyi xəbərə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Davosda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində RİA Novosti-yə müsahibəsində bildirib:

“Bəli, biz yeni yeni alış üzrə danışıqlar aparırıq. Siz Rusiyanın hərbi sənayesinin nə qədər inkişaf etdiyini yaxşı bilərsiniz. Biz xüsusilə ən müasir müdafiə silahları ilə maraqlanırıq. Bunlara helikopterlər, müdafiə sistemləri - bütün kompleks daxildir. Bu daimi prosesdir”.

Dövlət başçısı bildirib ki, Rusiya ilə Azərbaycan arasında müdafiə sahəsində yeni müqavilələrin imzalanması üçün yaxşı perspektivlər var:

“Siz tarixi bilirsiniz. Rəqəmlər elan olunub. 5 milyard dollarlıq müqavilələr imzalanıb. Onların əksəriyyəti artıq reallaşıb”.

1news.az

 

Paylaş:
853

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər