Astarada sürücü maşını kanala aşırıb: bir nəfər ölüb, iki nəfər yaralanıb
Astara rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, yanvarın 17-də saat 20:00 radələrində Astara rayonunun Kijəbə qəsəbəsində rayon sakini Bəylər İbrahimov idarə etdiyi “VAZ-21011” markalı avtomobili kanala aşırıb.
Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Yusif Məmmədov orada ölüb.
Faktla bağlı Astara RPŞ tərəfindən araşdırma aparılır.
1news.az
607