Erməni kəşfiyyatçı zərərsizləşdirilib | 1news.az | Xəbərlər
Siyasət

Erməni kəşfiyyatçı zərərsizləşdirilib

19:21 - 19 / 01 / 2017
Erməni kəşfiyyatçı zərərsizləşdirilib

Hərbi mənbələrdən verilən məlumata görə, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən düşmən mövqelərindən birində erməni kəşfiyyatçı zərərsizləşdirlib.

1news.az-a mənbədən verilən xəbərə əsasən, hadisə yanvarın 17-də gecə baş verib.

Belə ki, erməni kəşfiyyatçı gecə görmə qurğusu ilə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini müşahidə edirmiş. Həmin an kəşfiyyatçı müəyyən edilərək məhv edilib.  

Hadisədən iki gün keçməsinə baxmayaraq, erməni tərəfi ictimaiyyətdən əsgərin ölümünü ciddi səylə gizlədir.

1news.az

Paylaş:
1159

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər