Xorvatiyanın məşhur aktyoru: Azərbaycanlıların qonaqpərvərliyinə valeh olmuşam – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xorvatiyanın məşhur aktyoru: Azərbaycanlıların qonaqpərvərliyinə valeh olmuşam – FOTO

19:54 - 19 / 01 / 2017
Xorvatiyanın məşhur aktyoru:  Azərbaycanlıların qonaqpərvərliyinə valeh olmuşam –  FOTO

Xorvatiyanın Split şəhərindən olan aktyor və sahibkar Viçko Balanjiç Azərbaycan paytaxtının yeni hava limanına, müasir arxitekturasına və təmtəraqlı incəsənət qalereyalarına, həmçinin ev sahiblərinin qonaqpərvərliyinə valeh olub.

“Bütün həqiqi Split sakinləri kimi, mən də öz şəhərimə hədsiz dərəcədə vurğunam. Bu sevginin tutqunluğa çevrilməməyi üçün müntəzəm yollarda olduğum işim mənə kömək edir. Sonuncu səyahətim Azərbaycanın paytaxtı Bakı şəhərinə oldu. Bu cür uzaq məsafələrə səyahət zamanı yeni şəhərlərlə tanışlıqdan zövq aldığım üçün bir neçə reys dəyişməyə üstünlük verirəm, yalnız bu dəfə bunu etmədim. Mən səhər tezdən Split şəhərindən uçdum və Moskvada Bakıya uçan təyyarəyə mindim”.

Dizaynlı hava limanı

Gəmilər üçün nəzərdə tutulmuş avadanlıq və hissələrlə məşğul olan şirkətin sahibi kimi, mən artıq on ildir Azərbaycana səfər edirəm. 2010-cu ildə Sovet dövründən qalmış köhnə hava limanının istismardan çıxarılması nəticəsində  istifadəyə verilmiş yeni hava limanının binası ilə ilk tanışlıq məndə dərin hörmət yaratmışdı.  Hava limanının interyeri bir çox dəbdəbəli mehmanxana və restoranların ərazi planlaşdırmasını həyata keçirən şirkət kimi şöhrət tapmış Türkiyənin Autoban şirkətinin dizaynerləri tərəfindən düşünülmüş, təsisatçılarından biri Stella Makkartninin həyat yoldaşı olduğu Britaniya brendi Established&Sons üçün onların dizaynını verdikləri stul və şkaflar isə müntəzəm olaraq dünya muzeylərinin ekspozisiyalarının bir hissəsidir.

Ən aşağı paytaxt

Bakı son on ildə çox dəyişilmiş, daha çox eninə yox, uzununa inkişaf etmişdir. Bəlkə də bu Bakının dəniz səviyyəsindən 28 metr aşağıda yerləşməsi ilə əlaqədardır və bu səbəbdən Bakı hər hansı ölkənin “ən aşağı” əsas şəhəri tituluna layiq görülmüşdür. Bu həqiqət olmasa belə, mənim üçün gözəl şərh kimi görünür, halbuki mənim heç bir sübutum yoxdur.

 

Göl yoxsa dəniz

Bakının adı öz əsasını qədim İran dövründən götürmüşdür. O zaman şəhəri, əsaslı olaraq ona xas olan və tərcümədə “külək zərbəsi altında olan şəhər” mənasını verən Badkube adlandırırdılar. Bütün il ərzində şəhərin iki milyon sakininə Xəzər dənizindən güclü külək əsir. Mən xüsusi olaraq, onu “dəniz” adlandırıram, çünki Bakıda bizim adətən etdiyimiz kimi onu “göl” kimi qələmə vermək yaxşı fikir deyil. Bu cür deyilişə yerli əhali qızğın reaksiya verir və onların dənizini gölə çevirməyə cəsarət edən insanı öz həqiqiliyini əgər ümumiyyətlə bacaracaqsa, çox çətinliklə sübut edə biləcəyi ciddi müzakirə gözləyir.

Odlar diyarı

Azərbaycanı həm də “odlar diyarı” adlandırırlar, belə ki neft və qaz buruqlarında alov demək olar ki torpaqdan əsasını götürür. Hələ tunc və daş dövrlərində bu ərazidə insanlar alovu ilahi qüvvə kimi qəbul etmiş və ona ibadət etmişlər. Alovdan ilhamlanaraq şəhərin 190 metr hündürlüyə malik ən yüksək göydələnləri ucaldılmışdır. Alov qalaları adlandırılan bu göydələnlər hal-hazırda çox məşhur olan Battlefield 4 video oyununun əsasını təşkil edir.

Neft sərvəti 

Azərbaycanda neftin istifadəsinə hələ III əsrdə başlanıldığı barədə sübutlar mövcuddur və Marko Polo özünün məşhur “Milyon” əsərində -«neft/yağlar o qədər zəngindir ki, yüzlərlə gəmi eyni zamanda yüklənə bilər» kimi qeyd edərək bu barədə söz açmışdır. XX əsrin əvvəllərində dünya neft hasilatı Azərbaycanın neft yataqlarından başlayır. Bu ölkədə təsadüfən ilk tanker də ixtira olunmuşdur. Məşhur gəmi sahibi və eyni zamanda gəmi kapitanı ağır rəqabət şəraitində bütün gəminin kabinalarının boşaldılaraq neftlə doldurulmasını əmr edir. O vaxtadək neft çəlləklərdə daşınırdı. Azərbaycanın müasir dəniz donanması əsasən Xorvatiyanın gəmi tərsanələrində istehsal edilmiş gəmilərdən ibarətdir, bu yaxınlarda isə artıq Bakıda yüksək texniki göstəricilərə malik gəmilərin istehsal olunduğu yerli, böyük və müasir tərsanə fəaliyyətə başlamışdır.

Həyat, ölüm və gözəllik

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Mərkəzi mənim indiyədək gördüyüm ən gözəl binadır. Binada muzey yerləşir, bütün dizayner işləri ötən il dünyasını dəyişmiş memar Zaha Hadid tərəfindən həyata keçirilmişdir. Mənim günün yarısını keçirdiyim bu bina möhkəm və eyni zamanda incə konturlara malikdir. Bu binaya görə Zaha Hadid London Dizayn Muzeyi tərəfindən 2014-cü ilin ən yaxşı dizayneri tituluna layiq görülmüşdür. Mərkəzin açılış mərasimi 2013-cü ildə Endi Uorholun “Həyat, ölüm və gözəllik” adlı sərgisi ilə baş tutmuşdur. Mərkəzin yaxınlığında Avroviziya 2012   mahnı müsabiqəsi üçün tikilmiş Baku Crystal Hall-un müasir zalı yerləşir, burada həmin ildə Cennifer Lopez, Şakira və Rihanna kimi müğənnilər çıxış etmişdilər.

Heyranedici bolluq

Bakıda məni ən çox insanlar valeh etdi – söhbət dostlara, qonşulara və qonaqlara duyğu və sevgi dolu münasibət bəsləyən sevən, isti və düzgün xalqdan gedir. Yerli mətbəx bizim Aralıq dənizi mətbəxinə bənzəyir, dadına baxdığım bütün ərzaqlar isə çox dadlı və təzə idi. Çoxlu qoyun və mal ətindən istifadə olunur, süfrədə isə həmişə mənim çox sevdiyim ən azı iyirmi növdə tərəvəz olurdu. Mağazalarda satılan tərəvəzlərdə olmayan dad sanki burada qorunub saxlanılır. Düşünürəm ki, burada qonaqlara həmişə belə zəngin süfrə açırlar, hətta şübhələnirəm ki, Azərbaycanlı dostlarım sadəcə olaraq mənim nə sevdiyimi bilirlər və buna uyğun olaraq hər səfərimi xoş keçirməyimə can atırlar. Mənim isə təbii ki buna heç bir etirazım yoxdur.

MARAQLI FAKTLAR

Qorunan at cinsləri

Azərbaycanın milli rəmzlərindən biri ölkənin Dağlıq Qarabağ vilayətinin adından götürülmüş “Qarabağ” adlanan at cinsləridir. Yaraşıqlı və sürətli olan bu atların nəsli tükənmək üzrə olduğundan Azərbaycanda onlar qanunla mühafizə olunurlar.

Zərdüştlük 

Azərbaycan ərazisində Zərdüştlüyün nümayəndələri öz məbədlərini müasir neft və qaz yataqlarının yanında inşa edirdilər. Onlar xeyir və şərin mübarizəsinə inanır, odu müqəddəs hesab etdikləri üçün mənbəyi torpağın üst qatına yaxın olan yerləri “əbədi alovlanması” üçün yandırırdılar. Buna görə də bu dinin rəmzi daima yanan məşəldir.

Göldə Flaminqo

250-dən çox göllər arasında ən böyüyü Azərbaycan daxilində dağlarda yerləşən Hacıqabul gölüdür. Müxtəlif növ balıqlarla zəngin olan göl, 6 km² sahəsi ilə həmçinin çəhrayı qızılqaz - flaminqo quşlarının məskənidir.

Paylaş:
779

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər