QHT-ləri AŞPA prezidentinə müraciət ünvanlayıb | 1news.az | Xəbərlər
Siyasət

QHT-ləri AŞPA prezidentinə müraciət ünvanlayıb

20:10 - 19 / 01 / 2017
QHT-ləri AŞPA prezidentinə müraciət ünvanlayıb

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunta müraciət ünvanlayıb.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından verilən məlumata görə, müraciəti imzalayan QHT rəhbərləri Avropada fəaliyyət göstərən bəzi QHT-lərin yerli təşkilatlarla birləşərək Azərbaycanın Avropa təsisatları ilə əlaqələrinin pisləşməsinə yönələn təşəbbüslərindən və konkret fəaliyyətlərindən narahat olduqlarını bildiriblər.

 “Avropa Şurasının üzvü olan Azərbaycan Respublikasının  vətəndaş cəmiyyəti təmsilçiləri olaraq AŞPA yanvar sessiyası ərəfəsində sizlərə müraciət etmək qərarına gəldik. Biz vətəndaş cəmiyyəti təmsilçiləri olaraq Azərbaycanın Avropa Şurasının üzvü olmasını olduqca yüksək nailiyyət hesab edirik. Bu təşkilatda üzvlük ölkənin qanunvericilik sisteminin Ümumavropa dəyərlərinə uyğunlaşmasının, məhkəmə-hüququ sisteminin Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi qərarların təsiri altında müsbət istiqamətdə dəyişməsinin şahidiyik. Ümid edirik ki, Avropa Şurası təsisatları ilə, o cümlədən AŞPA ilə əməkdaşlıq ölkəmizdə insan hüquq və azadlıqları ilə bağlı mövcud olan problemlərin həllində bundan sonra da müsbət nəticələr verəcək.

Bununla belə xüsusi narahatlıq hissi ilə bildiririk ki, ölkənin Avropa İttifaqı ilə başlanmış yeni əməkdaşlığı, eləcədə digər Ümumavropa təşkilatları ilə səmərəli əməkdaşıq bəzi qüvvələri qıcıqlandırır və onları Azərbaycanla Avropa təsisatları arasında münasibətlərin yaxşılaşması təmin etmir. Biz Avropada, xüsusən Şərqi Avropada fəaliyyət göstərən bəzi Qeyri-hökumət təşkilatlarının yerli təşkilatlarla birləşərək Azərbaycanın Avropa təsisatları ilə əlaqələrinin pisləşməsinə yönələn təşəbbüslərini və konkret fəaliyyətlərini narahatlıqla izləyirik. AŞPA yanvar sessiyası ərəfəsində bir qrup vətəndaş cəmiyyəti təmsilçisi adından AŞPA üzvlərinə göndərilən, heç bir fakta söykənməyən şantaj və böhtan xarakterli müraciət də əslində təşkil olunmuş kampaniyanın tərkib hissəsidir. Həmin müraciətdə adları keçən bir çox kolleqalarımızın ümumiyyətlə mətn barədə məlumatı olmayıb.

Ümid etmək istəyirik ki, Avropa Şurası bütövlükdə, o cümlədən əsas qurumlarından olan AŞPA belə qərəzli münasibətlərə adekvat reaksiya verəcək, Azərbaycanla insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində birgə səylərini davam etdirəcək. Biz Azərbaycanın Avropa təsisatları ilə, xüsusən Avropa Şurası ilə sıx əməkdaşlığının tərəfdarıyıq. Azərbaycan bu əhəmiyyətli beynəlxalq qurumun tamhüquqlu üzvü olaraq qalmalıdır. Bu əlaqələrin qırılmasında maraqlı olan qüvvələr hər birimizə məlumdur və biz belə qüvvələrə qarşı birləşməliyik.

Azərbaycan Respublikasının ərazilərinin 20 %-i işğal altındadır. İşğalçı tərəf və onu dəstəkləyən qüvvələr ölkənin beynəlxalq təsisatlarda mövqeyini zəiflətmək xətti götürüb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə qarşı başlanmış çirki kampaniyanı qətiyyətlə pisləyirik və bunu Azərbaycan-Avropa münasibətlərinə zərbə vurmağa çalışan qüvvələrin məkrli fəaliyyəti hesab edirik”, - deyə müraciətdə bildirilir.

Qeyd edək ki, müraciəti 96 QHT rəhbəri imzalayıb.

APA

Paylaş:
783

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər