İlham Əliyev: Azərbaycan əlavə neft hasilatını azaltmağa hazırdır | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: Azərbaycan əlavə neft hasilatını azaltmağa hazırdır

12:44 - 19 / 01 / 2017
İlham Əliyev: Azərbaycan əlavə neft hasilatını azaltmağa hazırdır

“OPEK-ə üzv dövlətlər və kartelə daxil olmayan ölkələr tərəfindən qərar qəbul ediləcəyi halda, Azərbaycan əlavə neft hasilatını azaltmağa hazırdır”.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda bildirib.

“Azərbaycan sutkalıq hasilatı 35 min barrel azaldacağına dair öhdəlik götürüb və bunu yerinə yetirəcək. Bu istiqamətdə proses artıq başlayıb. Biz OPEK-in və OPEK daxil olmayan dövlətlərin iclaslarına dəvət olunmuşuq və iştirak etmişik.

Ona görə də öhdəliklərimizi yerinə yetirəcəyik. Hələlik hasilatı 35 min barrel azaltmışıq. Ardına sonra baxacağıq. Əgər hasilatın ixtisarı ilə bağlı əlavə qərar qəbul edilərsə, onda təbii ki biz də onu dəstəkləyəcəyik. Çünki həmrəy olduğumuzdan bu prosesdə də gərək bütün iştirakçılar səmimi olsunlar”.

Qəbul edilmiş qərarların uzadılması ilə bağlı suala  cavab verən dövlət başçısı qeyd edib:

“Bu, əvvəlki qərarın nəticələrinə, eləcə də qiymət dinamikasına uyğun qəbul ediləcək. Əgər qiymət indiki kimi stabil qalacaqsa düşünürəm ki, hasilatın ixtisarına ehtiyac qalmayacaq”.

Qeyd edək ki, yanvarın 21-22-də neft hasilatının azaldılması ilə bağlı monitorinq komitəsinin iclası planlaşdırılır. Rusiya, Oman, Venesuela, Küveyt və Əlcəzair komitəyə daxildir. Komitəyə Rusiya və Küveyt rəhbərlik edir.

1news.az

Paylaş:
662

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər