İtaliya mətbuatında 20 Yanvar faciəsi barədə məqalə dərc edilib | 1news.az | Xəbərlər
Siyasət

İtaliya mətbuatında 20 Yanvar faciəsi barədə məqalə dərc edilib

16:07 - 20 / 01 / 2017
İtaliya mətbuatında 20 Yanvar faciəsi barədə məqalə dərc edilib

İtaliyanın “Dazebaonews” informasiya portalında jurnalist Romolo Martelloni-nin müəllifi olduğu “Azərbaycan 20 yanvar şəhidlərini anır” sərlövhəli məqalə dərc edilib. 

1news.az-ın məlumatına görə, məqalədə 1990-cı il yanvarın 20-də Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə məqsədilə və sovet rejiminin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində qərəzli mövqeyinə etiraz əlaməti olaraq keçirdiyi dinc nümayişə qarşı M.Qorbaçovun əmri ilə 30.000-lik sovet ordusunun müxtəlif istiqamətlərdən Bakıya hücumlar həyata keçirərək çoxlu sayda dinc əhalini qətlə yetirməsi barədə məlumat verilir.

Müəllif Azərbaycan xalqının müstəqillik arzusunu qan içində boğmağa çalışan sovet ordusu tərəfindən hərbi əməliyyat nəticəsində 140-dan artıq şəxsin qətlə yetirildiyini, 700-dən çox şəxsin yaralandığını, 841 nəfərin həbs olunduğunu, çoxsaylı mülki obyektlərə böyük ziyan vurulduğunu bildirir.

Məqalədə “Human Rights Watch”, “Helsinki Watch”, “Memorial” kimi qeyri-hökümət təşkilatıları, habelə dünyanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən bu faciə haqda yayılmış məlumatlara istinad edilirək sovet ordusu tərəfindən günahsız insanlara tətbiq olunan fiziki güc haqqında danışılır.

Dinc sakinlərə qarşı törədilən vəhşiliklərin xalqın azadlıq əzmini qıra bilməməsini vurğulayan müəllif 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsini diqqətə çatdırır, 20 yanvar faciəsinin araşdırılması və ona siyasi-hüquqi qiymətin verilməsi istiqamətində atılmış addımlardan bəhs edir, ulu öndər Heydər Əliyevin fərmanına əsasən 20 Yanvar faciəsinin qurbanlarına şəhid fəxri adının verildiyini və 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildiyini bildirir. 

Müəllif Qanlı Yanvar faciəsi zamanı Azərbaycanın müstəqilliyi uğrunda canını qurban vermiş şəhidlərin Bakının ən yüksək zirvəsi olan Dağüstü Parkda dəfn edildiyini, onların xatirəsini anmaq üçün  “Şəhidlər Xiyabanı”nın salındığını qeyd edir. 

“20 Yanvar 1990-cı il tarixində Azərbaycan xalqı üzləşdiyi siyasi, mənəvi və hərbi təcavüzə baxmayaraq, öz tarixi qəhrəmanlıq ənənələrini qoruyub saxlamağa və şəhid olmaq bahasına olsa belə vətənin azadlığı və müstəqilliyinin müdafiəsi üçün ən ağır hücumlara tab gətirməyə müvəffəq olmuşdur”- deyə, jurnalist yazısını bitirir.

Məqalə ilə buradan tanış ola bilərsiniz:

http://www.dazebaonews.it/italia/fatti-opinioni/item/46111-azerbaijan-in-ricordo-dei-martiri-del-20-gennaio.html

1news.az

Paylaş:
1112

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər