Silahlı Qüvvələrdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Silahlı Qüvvələrdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

16:58 - 20 / 01 / 2017
Silahlı Qüvvələrdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

Müdafiə naziri Zakir Həsənovun tapşırığına əsasən birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində Ümumxalq hüzn günü ilə əlaqədar tədbirlər təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, tədbirlərdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyəti xüsusi vurğulanaraq ümummilli lider Heydər Əliyev və Azərbaycan prezidenti İlham Əliyevin hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları haqqında ətraflı məlumatlar verilib.

Anma tədbirlərində şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, müxtəlif bölgələrdəki xiyabanlar ziyarət edilib, sərgilərə baxılıb, ədəbi-bədii kompozisiyalar və sənədli filmlər nümayiş olunub.

Çıxış edənlər həmin tarixi dövrdə milli-azadlığımız uğrunda mübarizəyə qalxmış oğul və qızlarımızın fədakarlığı, xalqımızın qəhrəmanlığı barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

1news.az

Paylaş:
860

Son xəbərlər

Bütün xəbərlər