Miad Hater: Prezident İlham Əliyevin islam həmrəyliyi barədə ideyası uğur qazanmağın və sabitliyin real yoludur | 1news.az | Xəbərlər
Siyasət

Miad Hater: Prezident İlham Əliyevin islam həmrəyliyi barədə ideyası uğur qazanmağın və sabitliyin real yoludur

17:42 - 20 / 01 / 2017
Miad Hater: Prezident İlham Əliyevin islam həmrəyliyi barədə ideyası uğur qazanmağın və sabitliyin real yoludur

“Prezident İlham Əliyevin islam həmrəyliyi barədə ideyası uğur qazanmağın, sabitliyin və təhlükəsizliyin real yoludur. 2017-ci il - Azərbaycan ili, ümidlər və quruculuq ilidir”.

1news.az-ın məlumatına görə, bu sözləri İordaniyalı məşhur xadim, politoloq Miad Hater AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etmək qərarı ciddi ideoloji və beynəlxalq əhəmiyyət kəsb edir. Bu, dövlət başçısının İslam dünyasının həmrəyliyinə verdiyi dəyərin göstəricisidir. İordaniyalı ictimai xadim deyib: “Azərbaycan Prezidenti özünün bu təşəbbüsü ilə tarixdə ilk dəfə bütün aktual məsələlər və dünyaya inteqrasiya problemi üzrə vahid mövqelərdən çıxış etməyin zəruri olması barədə İslam dünyasına siyasi ismarıc ünvanlayıb. Bu nəcib təşəbbüsə görə Prezident dərin hörmətə və böyük təşəkkürə layiqdir. Təəccüblü deyil ki, İslam dünyasının ehtiyac duyduğu belə bir təşəbbüs sülhsevər, sabit və firavan ölkədən gəlib. Bu ölkənin lideri ərəb, müsəlman və bütün başqa dünya ölkələri arasında çox böyük nüfuz sahibidir. “İslam Həmrəyliyi İli” müxtəlif problemlərin və münaqişələrin həllinə, müsəlman ölkələri arasında həmrəyliyin möhkəmlənməsinə, dünyanın bütün ölkələri ilə harmonik münasibətlər və əməkdaşlıq qurmağa kömək edəcək. Hesab edirəm ki, bütün ərəb dövlətləri və müsəlman cəmiyyətləri Azərbaycan Prezidentinin bu təşəbbüsünə ciddi yanaşmalı, dəstəkləməli və onun reallaşdırılması üçün birgə işləməlidirlər”.

Politoloq xüsusi vurğulayıb ki, Azərbaycan həqiqi islami dəyərlərin dünyada təbliğində və qorunmasında, mədəniyyətlərarası dialoqun nizamlanmasında mühüm rol oynayıb. O deyib: “Azərbaycan həm də zəngin tolerantlıq, multikulturalizm, dini etiqad azadlığı və dini dözümlülük ölkəsi kimi məşhurdur. Azərbaycanda bütün millətlərin, bütün konfessiyaların və mədəniyyətlərin nümayəndələri sülh və həmrəylik şəraitində yaşayır. Bu sahədə sizin ölkənin təcrübəsi müsəlman ölkələri tərəfindən öyrənilməyə layiqdir. Sizin ölkəniz müsəlman dövlətlərlə və dünyanın bütün başqa ölkələri ilə möhkəm dostluq münasibətləri yaratmağa nail olub. Azərbaycan sivilizasiyalararası və mədəniyyətlərarası dialoq mərkəzidir, burada mütəmadi olaraq mühüm beynəlxalq forumlar və digər qlobal tədbirlər keçirilir. Bütün bunlar Azərbaycan rəhbərliyinin siyasi əzminin, ölçülüb-biçilmiş strategiyasının, uzaqgörən müdrik siyasətinin nəticəsidir. Prezident İlham Əliyev beynəlxalq məkanlardakı çıxışlarında həmişə humanitar normalara və prinsiplərə hörmətlə yanaşmağın zəruriliyini bildirir, sülhə və əməkdaşlığa çağırır. Bu da, öz növbəsində, ölkələrin və xalqların birləşməsinə şərait yaradır”.

Miad Hater vurğulayıb ki, Azərbaycan həmişə ekstremizmin, terrorizmin və digər neqativ hadisələrin əleyhinə çıxış edir. Müasir dövrdə islam ölkələrində baş verən hadisələr, onların üzləşdiyi təhdidlər bu ölkələrin həmrəyliyinin aktuallığını diktə edir.

Politoloq İordaniya Kralı II Abdullahın “Əmman müraciəti”ni də xatırladıb. Bu sənəddə islamın həqiqi mahiyyəti, islami dəyərlərin təhrif olunmasının yolverilməzliyi izah edilir. Bu müraciətin əsas ideyası ondan ibarətdir ki, ekstremizm və din bir araya sığışmayan anlayışlardır.

Miad Haterin fikrincə, bu il may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları da mühüm hadisədir. O hesab edir ki, bu Oyunlar bütün müsəlman ölkələri üçün idman bayramı olmaqla bərabər, həm də həmin ölkələrin bir-birinə yaxınlaşmasına kömək edəcək. Miad Hater vurğulayıb: “Bu bayrama müxtəlif ölkələrdən çoxlu idmançı, nümayəndə heyətləri, azarkeşlər və turistlər gələcək, onlar həm də sizin ölkənin – bu müasir demokratik dövlətin zəngin tarixi və mədəniyyəti ilə, Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlərlə tanış olacaqlar. Bu da Prezident İlham Əliyevin xüsusi xidmətidir”.

Agentliyimizin müsahibi sonda ümidvar olduğunu bildirib ki, islam həmrəyliyi Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının geri qaytarılmasına, BMT Təhlükəsizlik Şurasının və İslam Əməkdaşlıq Təşkilatının qətnamələrinin yerinə yetirilməsinə kömək edəcək.

1news.az

Paylaş:
672

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər