Kubanın radiokanalında Qara Yanvar faciəsi müzakirə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Kubanın radiokanalında Qara Yanvar faciəsi müzakirə olunub

10:56 - 20 / 01 / 2017
Kubanın radiokanalında Qara Yanvar faciəsi müzakirə olunub

Azərbaycan Respublikasının Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı bu gün Kubanın geniş dinləyici kütləsinə malik olan “Habana Radio” 106.9 FM kanalında canlı yayımlanan “Yaşadığımız dünya” verilişində müsahibə verib.

Azərbaycanın Kubadakı səfirliyindən 1news.az-a verilən məlumata görə, verilişdə C.Salehov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş kütləvi qırğından və bu qanlı hadisələrdən öncə baş vermiş proseslərdən bəhs edib. Azərbaycanın tarixi torpaqlarının ayrılmaz hissəsi olan Dağlıq Qarabağ ərazisinin zorla Ermənistana birləşdirilməsi məqsədi ilə bədnam qonşu ölkə tərəfindən həyata keçirilən işğalçılıq siyasətinin tarixi kökləri haqda məlumat verilib. Keçmiş SSRİ-nin rəhbərliyi və şəxsən M.Qorbaçov tərəfindən Ermənistanın ölkəmizə qarşı yürütdüyü separatçılıq və təcavüzkarlıq niyyətlərinə dəstək verilməsi nəticəsində bu ədalətsiz və cinayətkar siyasətin Azərbaycan xalqının haqlı etirazlarına səbəb olduğu bildirilib. Vurğulanıb ki, xalqımızın öz azadlığını və ölkəmizin ərazi bütövlüyünü demokratik və dinc üsullarla müdafiə etməsinə baxmayaraq, 20 yanvar gecəsində müxtəlif istiqamətlərdən şəhərə daxil olan ordu hissələri tərəfindən mülki əhaliyə qarşı kütləvi qırğın törədilib. Qırğın nəticəsində 150-yə yaxın günahsız insanın, o cümlədən uşaqlar, qadınlar və yaşlıların öldürüldüyü, 700-dən artıq insanın yaralandığı və ya əlil olduğu xatırlanıb. C.Salehov bildirib ki, 20 yanvarda törədilmiş cinayətlərin ağır faciəvi nəticələrinə baxmayaraq, xalqımızın iradəsi və azadlıq əzmini sındırmaq istəyənlər öz məqsədlərinə yetməyiblər və qısa müddət sonra Azərbaycan öz dövlət müstəqilliyini elan edib.

Bununla yanaşı, müstəqilliyini yeni əldə etməsinə baxmayaraq, onu itirmək təhlükəsi qarşısında qalmış gənc Azərbaycan dövlətinin ümummill lideri Heydər Əliyevin iradəsi və əzmkarlığı sayəsində nicat tapması və Ulu Öndərin tarixi fəaliyyəti nəticəsində Azərbaycanın davamlı inkişafının təmin edildiyi barədə dinləyicilərə məlumat verilib. Eyni zamanda, aparıcıların suallarına cavab olaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzü haqda ətraflı bəhs edilib. Ölkəmizin iyirmi faiz ərazisinin işğal altında olmasına, bir milyondan artıq həmvətənlərimizin qaçqın və məcburi köçkünə çevrilməsinin ağır nəticələrinə baxmayaraq, Azərbaycanın bütün sahələrdə nail olduğu davamlı inkişaf və uğurlu iqtisadi siyasəti barədə söz açılıb.

Verilişdə, həmçinin Azərbaycan və Kuba arasında ikitərəfli münasibətlərin mövcud durumu, 2016-cı il ərzində səfirliyimiz tərəfindən Kubada həyata keçirilmiş müxtəlif siyasi-mədəni tədbirlər barədə bəhs edilib, habelə ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi üçün potensial sahələr haqda məlumat verilib.

Veriliş ərzində şəhidlərimizin xatirəsinə həsr edilmiş Azərbaycan musiqi parçaları səsləndirilib.

1news.az

 

Paylaş:
631

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər