Şabranda 6 otaqlı ev yanıb, xəsarət alanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Şabranda 6 otaqlı ev yanıb, xəsarət alanlar var

13:35 - 22 / 01 / 2017
Şabranda 6 otaqlı ev yanıb, xəsarət alanlar var

Şabranda yanğın qeydə alınıb.

1news.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Şabran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 450 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın tavanı və dam örtüyü 30 m2 sahədə yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş vəziyyətdə ev sahibi tərəfindən və digər 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 10:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

Paylaş:
653

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər