Bakıda fərdi evdə yanğın olub, bir nəfər xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda fərdi evdə yanğın olub, bir nəfər xilas edilib

23:25 - 23 / 01 / 2017
Bakıda fərdi evdə yanğın olub, bir nəfər xilas edilib

Bakıda vətəndaşa məxsus fərdi evdə yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.

Vətəndaşa məxsus ümumi sahəsi 47 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb. Yanğın zamanı bir nəfər yanğınsöndürənlər tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub.

1news.az

Paylaş:
528

Son xəbərlər

Bütün xəbərlər