Şamaxıda qardaş bacısını boğaraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxıda qardaş bacısını boğaraq öldürüb

12:20 - 23 / 01 / 2017
Şamaxıda qardaş bacısını boğaraq öldürüb

Şamaxı rayonunda dəhşətli qətl hadisəsi törədilib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şamaxı şəhərində qeydə alınıb.

Şamaxı sakini, 1977-ci il təvəllüdlü Yolçuyev Rafael Səbrxan oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı bacısı, 1981-ci il təvəllüdlü Arzuxanova Yasəmən Səbrxan qızını boğaraq öldürüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

1news.az

Paylaş:
976

Son xəbərlər

Bütün xəbərlər