Cibuti parlamenti Xocalı soyqırımına dair qətnamə qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Cibuti parlamenti Xocalı soyqırımına dair qətnamə qəbul edib

09:22 - 24 / 01 / 2017
Cibuti parlamenti Xocalı soyqırımına dair qətnamə qəbul edib

Cibuti Respublikasının Milli Assambleyası (Parlamenti) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı soyqırımına dair qətnamə qəbul edib.

1news.az xəbər verir ki, Azərbaycan Respublikasının Əddis-Əbəbədəki səfirliyindən daxil olmuş məlumata əsasən, Qətnamə Cibuti Respublikasının Milli Assambleyasının spikeri ilə görüş zamanı Parlamentin sədri Məhəmməd Əli Huməd tərəfindən səfir Elman Abdullayevə rəsmən təqdim olunub. Cibuti Parlamentinin sədri ölkəsinin Azərbaycanı daim dəstəklədiyini və yanında olduğunu bir daha vurğulayıb. 

Qətnamədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və 26 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş qətliam soyqırım aktı və insanlıq əleyhinə cinayət kimi tanınır, günahkarların müvafiq beynəlxalq alətlərə uyğun olaraq cəzalandırılmalı olduğu bəyan edilir.

Milli Assambleya sözügedən qətnamədə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinə hörmətini bir daha təsdiq edir, habelə  BMT Nizamnaməsi və beynəlxalq hüquqa əsasən güc tətbiq etməklə ərazilərin işğal edilməsinin qəbuledilməz olduğunu bəyan edir.

Milli Assambleya BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının, eləcə də digər beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrinin yerinə yetirilməsini tələb edir, eyni zamanda beynəlxalq ictimaiyyəti və beynəlxalq təşkilatları bu qərarların yerinə yetirilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırır.

Qətnamədə Ermənistanın təcavüzünün qurbanları olan bir milyondan artıq Azərbaycanlının taleyi və böhranlı vəziyyəti, eləcə də humanitar problemlərin miqyasından dərin narahatlıq ifadə olunur, beynəlxalq ictimaiyyət münaqişənin həllinə maksimum töhfə verməyə çağırılır. 

Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyət bundan sonra da davam etdiriləcək.

1news.az

 

Paylaş:
558

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər