Sürücünün ağlamasını videoya çəkən polis işdən çıxarıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürücünün ağlamasını videoya çəkən polis işdən çıxarıldı

23:57 - 24 / 01 / 2017
Sürücünün ağlamasını videoya çəkən polis işdən çıxarıldı

Bu gün sosial şəbəkələrdə yol polisinin vətəndaşla dialoqunu özündə əks etdirən video görüntülər yayılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu görüntülər sosial şəbəkələrdə yayıldıqdan dərhal sonra, həmin videonu lentə almış yol polisi inspektoru Elvin Mövlanov Baş Dövlət  Yol Polisi İdarəsinə çağırılıb və o idarə rəhbərliyinin əmri ilə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, 99 YP 965 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan Elvin Mövlanov yol-hərəkət qaydalarını pozan sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkib. Həmin video sonradan  sosial şəbəkələrdə yayılıb.

1news.az

Paylaş:
660

Son xəbərlər

Bütün xəbərlər