Külli miqdarda xarici valyutanın ölkə ərazisindən çıxarılmasının qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Külli miqdarda xarici valyutanın ölkə ərazisindən çıxarılmasının qarşısı alınıb

14:20 - 25 / 01 / 2017
Külli miqdarda xarici valyutanın ölkə ərazisindən çıxarılmasının qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə külli miqdarda xarici valyutanın ölkə ərazisindən bəyan etməməklə çıxarılmasına cəhdin qarşısını alıblar.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-İstanbul və Bakı-Moskva aviareysləri ilə getmək istəyən Türkiyə Respublikası və Rusiya Federasiyasının vətəndaşları gömrük nəzarəti zonasına daxil olarkən mütləq qaydada bəyan etməli olduqları xarici valyutanı əvvəlcədən gömrük orqanına təqdim etməyiblər. Lakin hər iki vətəndaşın yükü rentgen aparatından keçirilərkən monitorda kağız pula bənzər təsvirlər göründüyü üçün onlar gömrük əməkdaşları tərəfindən saxlanılıblar.

Türkiyə Respublikasının vətəndaşı sorğu-sual edilən zaman əl yükündə xarici valyutanın olmadığını bildirsə də, yoxlama zamanı ona məxsus bel çantasında sellofan paketə yığılmış geyim əşyalarının arasında olan üç ədəd corabın içərisindən 234 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 23.400 ABŞ dolları aşkar edilib. Şəxsi yoxlama zamanı isə həmin vətəndaşın şalvarının cibindən 16 ədəd, paltosunun cibindən isə 33 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 4900 ABŞ dolları aşkar olunub.

Öz növbəsində, Rusiya Federasiyasının vətəndaşına məxsus çamadanın yoxlanılması zamanı, orada olan gödəkçənin cibindən 260 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 26.000 ABŞ dolları aşkar edilib. Bundan sonra isə vətəndaş özü şalvarının cibindən 10 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginasları çıxararaq təqdim etməli olub.

Beləliklə, sözügedən şəxslərdən əvvəlcədən gömrük orqanına təqdim edilməyən, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan cəmi 55 min 300 ABŞ dolları aşkar edilərək protokol əsasında götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

1news.az

 

Paylaş:
507

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər